Salyanın Qaraçala kəndində yaşayan tarix müəllimi Fazil Dadaşov sevə-sevə qulluq etdiyi 67 ilin avtomobilini hələ də sürür.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, “Moskviç 407”-yə el arasında “zimbala” da deyiblər.
Bu avtomobil bir çox tarixi məqamlara şahidlik edib. Bir milyondan çox yürüş edən “zimbala”, SSRİ-nin Avropa hissəsində təkəri dəymədiyi yer qalmayıb. 67 ilin avtomobili- retro “moskviç 407”-nin sərnişinləri arasında Azərbaycan SSR-nin birinci katibi İman Mustafayev və məşhur bioloq, akademik İdris Axundzadə də olub.
Reportajın tam versiyasını videoda izləyin:
videoxəbərlər APA TV