IMG-LOGO

Azərbaycan Kanada və Estoniyaya heyva ixrac etməyə başlayıb

25 Dec 2025 16:41 6 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində 1 min 931 ton heyva ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 80 %, kəmiyyət olaraq – 71 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çox) 1 min 698 ton (+55 %), Almaniyaya 95,2 min ABŞ dolları dəyərində 71 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 73,6 min ABŞ dolları dəyərində (+6 dəfə) 114 ton (+5 dəfə), Kanadaya 25,2 min ABŞ dolları dəyərində 16,8 ton, Səudiyyə Ərəbistanına 13,9 min ABŞ dolları dəyərində (-7 %) 0,7 ton (-43 %) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Estoniyaya (1 min ABŞ dolları dəyərində 1,6 ton) və Kanadaya tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 2 min 903 ton heyvanın 97 %-i Rusiyanın payına düşüb.

Xəbər lenti