IMG-LOGO

Lu Mey: "Çin şirkətləri Azərbaycanda ümumi gücü 1 570 MVt olan BOEM stansiyaları tikəcək"

25 Dec 2025 15:48 4 baxış
IMG

Azərbaycan və Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq səmərəli şəkildə inkişaf edir.

"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə deyib.

"Bir neçə Çin müəssisəsi fotoelektrik stansiyaları və külək enerjisi stansiyaları da daxil olmaqla Azərbaycanla enerji sahəsində ümumi quraşdırılmış gücü 1 570 MVt olan 5 yeni layihənin həyata keçirilməsi üçün sənədlər imzalayıb. Bu layihələr həyata keçirildikdən sonra Azərbaycanın bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsal gücü iki dəfə artacaq", - L.Mey bildirib.

O əlavə edib ki, Çin müəssisələrinin həyata keçirdiyi 240 MVt gücündə külək elektrik stansiyasının inşası layihəsi bu il başa çatacaq: "Bu, Azərbaycanda külək enerjisi sahəsində ilk irimiqyaslı layihədir".

Diplomat xatırladıb ki, Çinin özəl müəssisələri Ələt Azad İqtisadi Zonasında 3 QVt gücündə günəş panelləri istehsalı müəssisəsi inşa edəcək: "Bu layihənin həyata keçirilməsi Azərbaycanın yüksək texnologiyalı emal sənayesinin inkişafı üçün əhəmiyyətli imkanlar açacaq".

Xəbər lenti