IMG-LOGO

Avropa İttifaqının təcrübəsi əsasında yeni milli "İqtisadi fəaliyyət növləri təsnifatı" hazırlanacaq

25 Dec 2025 14:20 3 baxış
IMG

Azərbaycanda Avropa İttifaqının (Aİ) təcrübəsi əsasında yeni milli "İqtisadi fəaliyyət növləri təsnifatı"nın hazırlanması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, sistemin icrası 2026-2027-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Dövlət Statistika Komitəsi olacaq.

Bu təsnifat Aİ-nın "Statistical classification of economic activities in the European Community (NACE Revision 2.1)" təsnifatı əsasında hazırlanacaq və tətbiq ediləcək

Xəbər lenti