IMG-LOGO

Ukrayna PUA-larla Rusiya limanına zərbə endirib, neft məhsulları olan rezervuarlar yanır

25 Dec 2025 14:22 4 baxış
IMG

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Temryuk limanında (Krasnodar diyarı) neft məhsulları olan rezervuarlara və Orenburqda qaz emalı zavoduna zərbə endirib.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi bildirib.

"Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın neft və qaz sektorunun obyektlərinə sistematik şəkildə zərbələr endirir. Bu zərbələrin hər biri Rusiya büdcəsinə zərər vurur, valyuta daxilolmalarını azaldır və ordu üçün yanacağın təchizatını çətinləşdirir", - xidmətin nümayəndəsi qeyd edib.

Krasnodar diyarının əməliyyat qərargahından bildirilib ki, Temryuk limanında PUA zərbəsi nəticəsində yanğın baş verib.

"İnterfaks"ın bölgənin əməliyyat qərargahına istinadən verdiyi məlumata görə, limandakı yanğının sahəsi 4 min kvadratmetrə qədər genişlənib.

"Neft məhsulları olan iki rezervuar yanır. Fövqəladə halı aradan qaldırmağa kömək etmək üçün yanğınsöndürən qatar gəlib", - qərargahın məlumatında qeyd edilib.

Xəbər lenti