IMG-LOGO

Şöbə müdiri: 2030-cu ilə qədər 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq

25 Dec 2025 11:30 4 baxış
IMG

2030-cu ilə qədər 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq, 2 peşə təhsili müəssisəsində isə əsaslı təmir işləri aparılacaq.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Tələbə Təhsil Krediti Fondunun 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat tədbirində deyib.

O bildirib ki, peşə təhsilində əsas problemlərdən biri olan infrastruktur məsələsi artıq öz həllini tapmaqdadır:

"Bu səbəbdən düşünürəm ki, peşə təhsili alan və təhsilə yeni cəlb olunan, daha doğrusu, kredit mexanizmlərindən yararlanan tələbələrin sayı artacaq".

Xəbər lenti