IMG-LOGO

Ermənistanda kilsənin torpaq sahələri üzərində mülkiyyət hüququnun ləğvi planlaşdırılır

24 Dec 2025 15:00 3 baxış
IMG

Ermənistan hökuməti erməni apostol kilsəsinin torpaq sahələri üzərindəki mülkiyyət hüququnu ləğv etmək və yalnız pulsuz istifadə hüququnu saxlamaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Torpaq Məcəlləsinə müvafiq dəyişikliklər layihəsi parlamentin sabahkı iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklərin qəbul edilməsi ilə parlament Torpaq Məcəlləsində apostol kilsəsinin kilsə torpaqları üzərində mülkiyyət hüququnu təsbit edən müvafiq maddəni etibarsız hesab edəcək.

Qərarın müəllifləri Torpaq Məcəlləsində kilsəyə torpaq sahələrindən pulsuz istifadə hüququ verən maddənin olmasına istinad edirlər.

Xəbər lenti