IMG-LOGO

Overçuk: Rusiya və Ermənistan malların Azərbaycan vasitəsilə göndərilməsini müzakirə edir

24 Dec 2025 12:27 2 baxış
IMG

Moskva Ermənistanla gübrələrin Azərbaycan ərazisindən tranzit yolla göndərilməsi imkanını müzakirə edir.

"Report" xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O, həmçinin Rusiya taxılının Azərbaycan vasitəsilə Ermənistana ilk göndərişini mühüm hadisə adlandırıb. "Mühüm bir hadisə baş verib - Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən Ermənistana göndərildi. Ermənistan və Azərbaycanın müstəqillik əldə etməsindən bəri ilk dəfədir taxıl daşıyan qatar çatdırıldı...

Daha sonra isə Qazaxıstan taxılı yola düşdü. Biz həmçinin bu xətti digər növ yüklərlə, məsələn gübrələrlə yükləmək imkanlarını müzakirə edirik", - A.Overçuk deyib.

Onun sözlərinə görə, Moskva və İrəvan Ermənistandan idxal hesabına ikitərəfli tədarüklərin genişləndirilməsini müzakirə edir: "Söhbət Azərbaycan ərazisindən Ermənistandan Rusiyaya əks istiqamətli yüklərin təmin edilməsindən gedir. Bunlar hamısı hələ bu yaxınlarda mümkünsüz görünən dəyişikliklərdir".

Xəbər lenti