IMG-LOGO

Roma Papasının Azərbaycana səfəri gündəlikdədir - EKSKLÜZİV

24 Dec 2025 12:53 3 baxış
IMG

Roma Papası XIV Leonun Azərbaycana səfəri məsələsi gündəlikdədir.

Bu barədə "Report"a Azərbaycanda katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete məlumat verib.

Din xadimi səfərin gələn il reallaşacağı ehtimalının az olduğunu bildirib.

"Səfərin gələn il baş tutacağına şübhə edirəm. Roma Papası çoxsaylı dəvətlər alıb, belə olan zaman il ərzində cəmi 5-6 xarici səfər həyata keçirir. Əgər bu (səfər - red.) ikinci və ya üçüncü ildə baş versə, bu artıq böyük nailiyyət olacaq", - V.Fekete qeyd edib.

Din xadimi Bakıda tikilməsi planlaşdırılan Müqəddəs II İoann Pavel katolik kilsəsinin açılışında Roma Papasının iştirakı ehtimalı ilə bağlı sualın cavabında "bu böyük hədiyyə olacaq" deyib.

"Əgər Papa kilsənin açılışına gələrsə, bu, böyük hədiyyə olacaq. Amma bu artıq onun qrafikinin imkanlarından asılıdır", - V.Fekete bildirib.

Xəbər lenti