IMG-LOGO

Kobaxidze ticarət şəbəkələrində qiymət artımına qarşı tədbirlər görülməsini tələb edib

24 Dec 2025 12:58 3 baxış
IMG

Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamenti və hüquq-mühafizə orqanlarını ölkədə istehlak şəbəkəsindəki qiymətləri araşdırmaq üçün tədbirlər görməyə, lazım gəldikdə isə antiinhisar mexanizmlərindən istifadə etməyə çağırıb.

"Report" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı bildirib ki, hakimiyyət distribyutor şirkətlər və ticarət şəbəkələri ilə fəal şəkildə əməkdaşlıq etmək niyyətindədir.

"Lazım olduqda, müxtəlif ölkələrdə öz effektivliyini sübut etmiş antiinhisar mexanizmlərindən istifadə edəcəyik", - Baş nazir deyib.

O həmçinin qeyd edib ki, Gürcüstandakı bəzi pərakəndə satış şəbəkələrinin xalis mənfəəti 7-8, bəzi hallarda isə 14 faizə çatır, Avropada isə orta göstərici təxminən 2 faiz təşkil edir. Onun sözlərinə görə, Gürcüstan və Avropa ölkələri arasında qiymət fərqi əhəmiyyətlidir.

"Gürcüstan və Fransada eyni beynəlxalq markanın mağaza şəbəkələrindəki qiymətləri müqayisə etsək, ölkəmizdə müəyyən markalı günəbaxan yağı 34, makaron 97, düyü 180, kərə yağı 30, pendir 42, şokolad isə 47 faiz bahadır", - deyə İ.Kobaхidze bildirib.

Onun sözlərinə görə, belə vəziyyət çox vaxt gürcü istehsalçılarını dövlət tərəfindən subsidiyalar təqdim edilməsinə baxmayaraq, öz məhsullarını xaricə satmağa məcbur edir.

Xəbər lenti