ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəklədiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Məlumata görə, Ağ Evdə ABŞ Prezidenti ilə xarici dövlətlərin yeni təyin olunmuş səfirlərinin görüşü keçirilib. Görüşdə Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan da iştirak edib.
"Söhbət zamanı səfir Prezident Trampa Ermənistan və Azərbaycan arasında sülhlə bağlı səylərinə, həmçinin Ağ Evdə avqustun 8-i imzalanan tarixi saziş və sənədlərə görə təşəkkür edib", - məlumatda bildirilib.
Tramp səfirlə söhbət zamanı sülh prosesinə öz dəstəyini ifadə edib.
ABŞ Prezidenti həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyana Cənubi Qafqazda sülh prosesinin irəliləməsindəki səylərinə görə şəxsi avtoqrafı ilə hədiyyə göndərib.