IMG-LOGO

Al Hadath: Türkiyədə qəzaya uğrayan təyyarədə elektrik nasazlığı yaranıb

24 Dec 2025 02:05 3 baxış
IMG

Türkiyədə göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın olduğu "Falcon 50" təyyarəsi elektrik sistemindəki nasazlıq səbəbindən qəzaya uğramış ola bilər.

"Report" xəbər verir ki, bu iddianı Al Hadath TV irəli sürüb.

Mənbələrinə görə, heyət üzvlərini uçuşdan qısa müddət sonra təcili eniş tələb etməyə məcbur edən elektrik sistemindəki nasazlıq olub. Əlavə məlumat hələlik yoxdur.

Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.

Öz növbəsində Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Türkiyədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın və onu müşayiət edən hərbi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında vəfat etdiyini təsdiqləyib.

Xəbər lenti