IMG-LOGO

Azərbaycan patenti almaq istəyən xarici iddiaçılar birbaşa müraciət edə biləcəklər

23 Dec 2025 17:33 4 baxış
IMG

İxtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinə müraciət etməklə həyata keçirə biləcəklər.

"Report" xəbər verir ki, bununla bağlı "Patent haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.

Qeyd edək ki, hazırki qanunvericiliyə görə Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməlidirlər.

Dəyişiklik də onunla əsaslandırılıb ki, bu da əlavə vaxt və vəsait itkisinə, xüsusilə patent alınması ilə bağlı daxilolmaların həcminin azalmasına səbəb olur, həmçinin xarici vətəndaşlara münasibətdə ixtira və patent fəallığı azalır.

Xəbər lenti