IMG-LOGO

Azərbaycan İtaliyadan hindtoyuğu ətinin tədarükünü bərpa edib

22 Dec 2025 16:27 5 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 3,47 milyon ABŞ dolları dəyərində 1 662 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 % çox, kəmiyyət olaraq – 38 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 2,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çox) 756 ton (+79 %), Braziliyadan 947 min ABŞ dolları dəyərində (+12 %) 670 ton (-36 %), Portuqaliyadan 236 min ABŞ dolları dəyərində (-50 %) 146 ton (-55 %), Qazaxıstandan 92,1 min ABŞ dolları dəyərində 36,2 ton (1 il əvvəl tədarük olmayıb), İordaniyadan 66,7 min ABŞ dolları dəyərində (+6 %) 6,6 ton (-8 %) məhsul alıb.

Azərbaycan 8 il 2 aylıq fasilənin ardından İtaliyadan tədarükü (0,22 min ABŞ dolları dəyərində 0,03 ton) bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 3,95 milyon ABŞ dollarlıq hindtoyuğu ətinin 35 %-i Rusiyanın, 26 %-i Braziliyanın, 16 %-i Kanadanın payına düşüb.

Xəbər lenti