IMG-LOGO

Əli Əsədov: 11 ayda Türkiyə ilə tranzit daşımalar 4 milyon ton artıb

22 Dec 2025 15:43 2 baxış
IMG

Ötən ilin nəticələrinə görə iki ölkə arasında tranzit daşımalarının həcmində 4 milyon ton artım qeydə alınıb.

"Report"un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, cari ilin 11 ayında tranzit daşımalarının həcmi 3,5 milyon tondan artıqdır.

"Avtomobil daşımaları bu əməkdaşlığımızın əsasını təşkil edir. Daşıyıcılar üçün icazə blanklarının mübadiləsi üzrə kvotaların sayı əhəmiyyətli dərəcədə artırılmışdır. Eyni zamanda Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilmişdir", - Ə.Əsədov deyib.

Baş nazir bildirib ki, cari ildə dəmir yolu üzrə tranzit daşımalarda artım qeydə alınsa da, həcmi tərəfləri qane etmir (275 min ton):

"Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Orta Dəhlizin mühüm halqası olan BTQ-ın daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu yola əlavə yük axınlarının cəlb edilməsi üçün daha fəal işləməliyik. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir".

Xəbər lenti