IMG-LOGO

Azərbaycan əsas tədarük bazarından quzu ətinin alışını kəskin artırıb

22 Dec 2025 13:31 3 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 465,6 milyon ABŞ dolları dəyərində 114,7 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,1 dəfə, kəmiyyət olaraq – 5,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 458,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 dəfə çox) 114,5 ton (+5,7 dəfə), Yeni Zelandiyadan 3,9 min ABŞ dolları dəyərində (-61 %) 0,1 ton (-67 %), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20 %) və Avstraliyadan 1,6 min ABŞ dolları dəyərində (+26 dəfə) 0,03 ton (+3 dəfə) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54 %-i Monqolustanın payına düşüb.

Xəbər lenti