IMG-LOGO

Türkiyə parlamenti 2026-cı ilin dövlət büdcəsini qəbul edib

22 Dec 2025 00:48 4 baxış
IMG

Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin 2026-cı il üçün dövlət büdcəsi layihəsi üzrə müzakirələr yekunlaşıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, gələn ilin dövlət büdcəsi qəbul edilib.

Layihənin lehinə 320, əleyhinə isə 249 deputat səs verib.

Layihə müzakirələrinin son günü TBMM-də müxalifət və iqtidar partiyasından olan deputatlar arasında dava da düşüb.

Xəbər lenti