Vaşinqton administrasiyası Amerika qüvvələrinin Venesuela sahillərində neft tankerlərini ələ keçirməsi səbəbindən ABŞ-də enerji daşıyıcılarının qiymətinin artacağını proqnozlaşdırmır.
"Report" xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
"Bu, dünya təklifi ilə müqayisədə kiçik həcmdə neftdir", - o sözügedən tankerlərin daşıdığı neft barədə CBS televiziya kanalına müsahibəsində deyib.
"Ona görə də hesab etmirəm ki, ABŞ əhalisi bu gəmilərin ələ keçirilməsinə görə qiymət artımı ilə bağlı narahat olmalıdır. Onların sayı cəmi bir neçədir və onlar qara bazarla əlaqəli idilər", - deyə Hasset əlavə edib.