IMG-LOGO

Umerov Ukrayna ilə ABŞ arasında yeni danışıqlar raundunun keçiriləcəyini elan edib

21 Dec 2025 21:48 5 baxış
IMG

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ nümayəndələri ilə yeni danışıqlar raundunun başladığını bildirib. Danışıqlar Amerikanın Mayami şəhərində keçirilir.

Bu barədə "Report" Umerovun "Telegram" kanalına istinadən xəbər verir.

Umerovun mesajından aydın olur ki, o, görüşü tək keçirməyəcək. Onunla birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Andrey Qnatov da iştirak edəcək.

"Birləşmiş Ştatlarda işimizin üçüncü günüdür. Bu gün general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə daha bir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik. Növbəti irəliləyişlərə və praktiki nəticələrə ümid edirik", - deyə o qeyd edib.

Xəbər lenti