IMG-LOGO

Parisdə yerləşən Azərbaycan dili məktəbində Yeni il bayramı qeyd olunub

21 Dec 2025 19:18 5 baxış
IMG

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbində Yeni il bayramı qeyd olunub.

"Report"un yerli bürosunun məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bayram proqramı çərçivəsində məktəbin şagirdləri ana dilində şeirlər səsləndirib, Azərbaycan xalq mahnılarını və Yeni ilə həsr olunmuş nəğmələri ifa ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ana dilini öyrənməyə maraq göstərən şagirdləri təbrik edib, onların çıxışlarını yüksək qiymətləndirib.

Bayram tədbirində Şaxta baba da iştirak edib və uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, məktəbdə Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunur, Paris və ətraf bölgələrdə yaşayan azərbaycanlı və başqa milliyyətdən olan uşaqlar təhsil alırlar.

Xəbər lenti