IMG-LOGO

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirib

21 Dec 2025 19:53 5 baxış
IMG

ABŞ Venesuela sahilləri yaxınlığında beynəlxalq sularda daha bir tankeri ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" və "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Panama bayrağı altında üzən və ABŞ sanksiyaları altında olan "Bella 1" tankerinin Venesuelaya yükləmə üçün getdiyi qeyd olunub.

Qeyd edək ki, bu, artıq üçüncü ələ keçirmə hadisəsidir. Bundan əvvəl dekabrın 10-da "Skipper" tankeri və şənbə günü isə "Centuries" supertankeri saxlanılmışdı.

Xəbər lenti