IMG-LOGO

Azərbaycana qış gəldi

21 Dec 2025 19:03 5 baxış
IMG
0 0

Bu gün saat 19:03:01-də Azərbaycana qış fəsli daxil olub. 

Lent.az xəbər verir ki, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayır.

Bakı Dövlət Universitetinindən verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur.

Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

qış gəldi qış fəsli

Xəbər lenti