İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında "sarı xətti" keçməyə cəhd edən döyüşçülərin zərərsizləşdirildiyini açıqlayıb.
"Report"un İsrail mediasına istinadən xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağının şimalında atəşkəs xəttini keçən bir neçə döyüşçüyə aviazərbələr endirib", - məlumatda deyilir.
İMQ-nin məlumatına görə, üç ayrı insident zamanı bir neçə nəfər "sarı xətti" keçərək Qüds briqadası və "Qəzza" diviziyasının Şimal briqadasının mövqelərinə yaxınlaşıb və təhlükə yaradıb.
Öz növbəsində, HƏMAS-la bağlı "Qüds" adlı Fələstin media şəbəkəsi Qəzza şəhərinin şimalındakı Tufa rayonunda İMQ-nin atəş açması nəticəsində dörd nəfərin xəsarət aldığını bildirib.