IMG-LOGO

Cevdet Yılmaz: TRIPP üzrə müzakirələrin başlanması Cənubi Qafqazda iqtisadi inteqrasiya üçün son dərəcə dəyərlidir

21 Dec 2025 17:15 5 baxış
IMG

Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində atılan addımların son zamanlar sürətləndirilməsi təqdirəlayiq bir inkişafdır.

Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O qeyd edib ki, bu il avqustun 8-də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə atılan addımlar və regional nəqliyyat, kommunikasiya xətlərinin açılmasını özündə əks etdirən Birgə Bəyannamə bu prosesdə mühüm mərhələlərdir:

"Region ölkələrinin suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRIPP (Tramp İnkişaf və Rifah Yolu) xətti üzrə müzakirələrin başlanması Cənubi Qafqazda iqtisadi inteqrasiya üçün son dərəcə dəyərlidir.

Bu proses yalnız diplomatik addımlarla məhdudlaşmayıb, həm də konkret iqtisadi inkişaflarla dəstəkləndi. Azərbaycanın Qarabağın işğalından bəri tətbiq etdiyi tranzit yük məhdudiyyətlərini aradan qaldırması və Ermənistana 30 ildən sonra ilk neft ixracı tarixi ilk addımlardır".

Onun fikrincə, bütün bu addımlar hər iki ölkənin regionda davamlı sülh və əməkdaşlığa olan iradəsini açıq şəkildə nümayiş etdirir.

"İnanırıq ki, bu əməkdaşlıq layihələri sülh müqaviləsinin imzalanması ilə daha da dərinləşəcək", - C.Yılmaz deyib.

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Xəbər lenti