IMG-LOGO

İsveçdə Rusiya bayrağı altında üzən gəmi yoxlanılır

21 Dec 2025 16:21 2 baxış
IMG

Dekabrın 21-i gecəsi İsveç hakimiyyəti mühərrikində nasazlıq yarandıqdan sonra ölkənin cənub sahillərində lövbər salmış Rusiya bayrağı altında üzən Adler gəmisini yoxlayıb.

"Report" xəbər verir ki, bu barədə "SVT" telekanalı İsveç gömrük xidmətinə istinadən məlumat yayıb.

Gömrük rəsmiləri gəmiyə minərək Sahil Mühafizəsindən kömək istəyiblər. Eyni zamanda Milli Operativ Qrup da əməliyyatda iştirak edib və İsveç Təhlükəsizlik Polisi (SEPO) və Dövlət Prokurorluğu istintaqa cəlb olunub.

İsveç gömrük nümayəndəsi Martin Höglund bildirib ki, hazırda gəmidə axtarışlar davam edir: "Biz yükü və sənədləri sistemli şəkildə yoxlayırıq; bütün bunları gömrük yoxlaması zamanı etmək hüququmuz var. Gəmi İsveç sularındadır və məlum səbəblərdən burada lövbər salmamalı olduğu üçün gömrük bəyannaməsini təqdim etməyib. Ekipaj iddia edir ki, mühərrikdə problemlər mövcuddur".

"Adler" gəmisi 20 dekabr gecəsi Öresund boğazından şimala doğru hərəkət edərkən mühərriki sıradan çıxıb. İsveç sahillərində təcili yardım siqnalı alındıqdan sonra gəmi Kulla yarımadasında lövbər salıb. Gəmi ABŞ və AB sanksiya siyahılarında olan Rusiyanın "M Leasing LLC" şirkətinə məxsusdur.

Xəbər lenti