IMG-LOGO

Türkiyənin 28 şəhərində FETÖ-ya qarşı əməliyyat keçirilib, 76 nəfər saxlanılıb

21 Dec 2025 16:39 2 baxış
IMG

Türkiyədə Jandarma tərəfindən FETÖ-yə qarşı son iki həftə ərzində aparılan əməliyyatlarda 76 şübhəli şəxs saxlanılıb.

Bu barədə "Report" "HaberGlobal"a istinadən xəbər verir.

Vurğulanıb ki, əməliyyatlar 28 şəhərdə aparılıb. Belə ki, son iki həftə ərzində FETÖ-nun mövcud strukturu daxilində fəaliyyət göstərən, təşkilat daxilində məsul şəxslərlə taksofonlar vasitəsilə əlaqə saxlayan, terror təşkilatı ilə əlaqəli yardım təşkilatlarına maliyyə təmin edən və sosial media hesabları vasitəsilə FETÖ təbliğatını yayan 76 şübhəli şəxs saxlanılıb.

Onlardan 50-si həbs edilib, 6 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərlərinin məhkəmə prosesi davam edir.

Qeyd olunub ki, 2025-ci il ərzində aparılan FETÖ əməliyyatlarında ümumilikdə 1601 şübhəli həbs edilib və 1524 nəfər məhkəmə nəzarəti altına alınıb.

Xəbər lenti