Avropa Birliyinin sammitindən sonra Belçikanın Baş naziri Bart De Vever müdafiə naziri Teo Frankenin müşayiəti ilə Ukraynaya səfər edib.
"Report"un məlumatına görə, Franken bu barədə X sosial media platformasında yazıb.
"A400M təyyarəsində Ukraynaya birlikdə. Xaricə (AB xaricində - red.) ilk səfərimiz", - paylaşımda deyilir.
Daha əvvəl De Vever Belçika yurisdiksiyasında Rusiya aktivlərinin daimi bloklanmasını tam dəstəkləyib ki, bu da onun ölkəsinə bu vəsaitlərin yenidən investisiya qoyuluşundan uzun illər vergi toplamağa imkan verəcəkdi.
Bu, Belçika büdcəsi üçün ildə təxminən 1-1,5 milyard avro gəlir gətirəcəkdi ki, bu da De Vever və Frankenin elan etdiyi kimi, Belçikanın NATO daxilində hərbiləşdirilməsi proqramı üçün çox vacibdir.
Müharibənin əvvəlindən bəri Belçika Ukraynaya FN Herstal tərəfindən istehsal olunmuş sursat və kiçik silahlar, eləcə də dəniz dronlarının prototipləri və istehsal modelləri tədarük edib.