IMG-LOGO

Rusiya Kiyev və Avropanın sülh planına etdiyi dəyişikliklərdən narazıdır

21 Dec 2025 13:04 5 baxış
IMG

"Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif etdiyi sülh planına Kiyev və Avropa tərəfindən edilən dəyişikliklər razılaşmaların əldə edilməsini gecikdirir".

"Report"un verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Mən tam əminəm ki, avropalıların tətbiq etməyə çalışdığı müddəalar uzunmüddətli sülhə nail olmaq şanslarını artırmır", - deyə o, jurnalistlərə bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və amerikalı tərəfdaşlar arasında münaqişənin həlli ilə bağlı danışıqlar Mayamidə davam edir. Dmitriyev nəticələr barədə danışıqlar başa çatdıqdan sonra məlumat verəcək.

Rusiya liderinin xüsusi nümayəndəsi əvvəllər ABŞ-da danışıqların ilk gününün konstruktiv keçdiyini bildirmişdi.

Xəbər lenti