IMG-LOGO

Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib

21 Dec 2025 11:38 4 baxış
IMG

Yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib.

"Report"un məlumatına görə, Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın ilk günündə yeniyetmə qızlar, oğlanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər bəlli olub.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Sablya.

Oğlanlar:

1.Abbas Hüseynov

2.Nəcəf Şabanlı

3.İmran Qarayev, Səid Sultanlı.

Qızlar:

1.Ayan Ağasıyeva

2.İrina Lobas

3.Züleyxa Sultanlı, Cahan Sadıxova.

Şpaqa.

Oğlanlar:

1.Mirxətai Məmmədov

2.Oruc Misirzadə

3.Abbas Səmədli, Osman Məmmədov.

Qızlar:

1.Mirnuray Abasova

2.Jasmin Əliyeva

3.Esnad Mirzəyeva, Aydan Atakişiyeva.

Xəbər lenti