IMG-LOGO

San-Fransiskoda 125 mindən çox sakin işıqsız qalıb

21 Dec 2025 08:58 3 baxış
IMG

ABŞ-nin Kaliforniya ştatının San-Fransisko dairəsində 125 mindən çox abonent işıqsız qalıb.

"Report"un xəbərinə görə, bunu "PowerOutage" monitorinq resursunun məlumatları əks etdirir.

Bakı vaxtı ilə səhər saat 6:17-yə olan məlumata görə, elektrik enerjisinin kəsintiləri 125.542 yaşayış və kommersiya binasına təsir edib.

"Pacific Gas and Electric" (PG&E) şirkəti problemdən xəbərdar olduğunu və Bakı vaxtı ilə səhər saat 10:15-ə qədər onu həll etməyə ümid etdiyini bildirib.

Daha əvvəl San-Fransisko Yanğından Mühafizə Xidməti "X" sosial şəbəkəsində PG&E yarımstansiyasında alışmanın baş verdiyini bildirib, lakin geniş miqyaslı elektrik enerjisi kəsintisinin dəqiq səbəbi hələ də araşdırılır.

Xəbər lenti