Yaponiyanın şimal-şərqindəki Aomori prefekturası sahillərində 5,4 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata görə, zəlzələnin episentri təxminən 298 000 insanın yaşadığı Aomori şəhərindən 115 kilometr şərqdə, ocağı isə 55 kilometr dərinlikdə yerləşib.
Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı edilməyib.