İsveç 2026-cı ildə Ukraynaya 200 milyon dollar birbaşa büdcə dəstəyi verəcəyini elan edib.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Bu maliyyələşdirmə müharibə zamanı insanların gündəlik ehtiyaclarını, o cümlədən kritik əhəmiyyətli dövlət xidmətlərini, enerji təchizatını, səhiyyəni, məktəbləri, pensiyaları və digər ödənişləri təmin edəcək. Biz İsveçə qətiyyətinə, dəstəyinə və sarsılmaz həmrəyliyinə görə dərindən minnətdarıq", - o qeyd edib.
Onun sözlərinə görə, İsveç avqustda Ukraynaya birbaşa büdcə dəstəyi göstərən ilk ölkə olub.