Rusiyanın Ukraynanın Xarkov vilayətinin İzyum şəhərinə endirdiyi zərbə nəticəsində iki nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleg Sinequbov öz teleqram kanalında yazıb.
"İzyuma düşmən aviazərbəsi nəticəsində iki nəfər həlak olub. Dəqiqləşdirilmiş məlumata görə, 60 yaşlı bir qadın da xəsarət alıb", - o qeyd edib.
İlkin məlumata əsasən, şəhərə dörd aviasiya bombası atılıb.
Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Fedçenkonun sözlərinə görə, ilkin olaraq üç çoxmərtəbəli bina zədələnib, həmçinin fərdi yaşayış sektoru da zərər görüb. Şəhərdə elektrik enerjisi qismən kəsilib.