IMG-LOGO

İran Sin Cinpinin təşəbbüslərini dəstəkləyib və Çinlə əməkdaşlığı dərinləşdirmək istəyir

20 Dec 2025 22:02 7 baxış
IMG

Tehran bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyət quruculuğu konsepsiyasını, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinin təklif etdiyi qlobal təşəbbüsləri dəstəkləyir.

"Report" xəbər verir ki, bunu İranın Çindəki səfiri Abdolreza Rəhmani-Fazli bildirib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançao ilə görüşdə səfir bildirib ki, İran diplomatik əlaqələrin qurulmasının 55-ci və hərtərəfli strateji tərəfdaşlığın 10-cu ildönümü ilə əlaqədar 2026-cı ildə münasibətlərin inkişafını sürətləndirmək üçün Pekinlə əməkdaşlıq etməyə hazırdır:

"Bu, İran və Çin rəhbərləri arasındakı sazişlərin həyata keçirilməsini sürətləndirmək, iqtisadi, ticarət, investisiya sahələrində əməkdaşlığı genişləndirmək, həmçinin ikitərəfli münasibətlərdə müsbət dinamikanı daha da gücləndirmək üçün imkanlar açır".

Xəbər lenti