IMG-LOGO

İstanbulda narkotik işi ilə bağlı üç nəfər həbs olunub

20 Dec 2025 20:43 5 baxış
IMG

İstanbul Baş prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində Fatih Qəriboğlu, Gökmen Kadir Şeynova və Mert Alaş haqqında həbs qərarı çıxarılıb.

"Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Baş Prokurorluğun qaçaqmalçılıq, narkotik və iqtisadi cinayətləri araşdırma bürosu tərəfindən narkotik cinayətləri ilə bağlı aparılan istintaq davam edir.

Qeyd edək ki, dekabrın 18-də Türkiyədə narkotik satışı və istifadəsinin əleyhinə genişmiqyaslı əməliyyatlar keçirilib. Bəzi məşhur müğənni, aktrisa və blogerlər saxlanılıb və tibbi müayinədən sonra sərbəst buraxılıblar.

Xəbər lenti