IMG-LOGO

Ordubadda avtobus qaz kəmərini zədələyib, bir qrup abonent istiliksiz qalıb

20 Dec 2025 18:32 5 baxış
IMG

Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə baş verəndən sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.

Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.

Bərpa işləri yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.

Xəbər lenti