IMG-LOGO

KİV: Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək

20 Dec 2025 19:01 5 baxış
IMG

İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ Prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək.

"Report"un məlumatına görə, "NBC News" bu barədə mənbələrə istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, Netanyahu Tehranın genişlənən raket proqramının və İsrail, region, ABŞ-nin maraqları üçün təhdid kimi qəbul edilən nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir.

Xəbər lenti