IMG-LOGO

Rusiya Odessada "Yujnı" limanına zərbə endirib

20 Dec 2025 15:05 4 baxış
IMG

Rusiya qüvvələri Odessada "Yujnı" limanına zərbə endirib, çənlər zədələnib.

"Report"un məlumatına görə, bu barədə "RBK-Ukrayna" Ukrayna Baş nazirinin müavini Aleksey Kulebanın "Telegram" kanalına istinadən xəbər verir.

"Atəş dayanmır. Səhər saat səkkizdən sonra "Yujnı" limanına növbəti hücumu qeydə aldıq - çənlər zədələnib. Ərazidə tibbi, xilasetmə, pirotexniki vasitələr üzrə xidmətlər işləyir, bütün zəruri qəza briqadaları cəlb olunub", - Kuleba bildirib.

O qeyd edib ki, daimi risklərə baxmayaraq, liman işçiləri işləməyə davam edərək dəniz logistikasının davamlılığını təmin edirlər.

Xəbər lenti