IMG-LOGO

Tailand HHQ Kamboca ərazisində kazinoya hücum edib

20 Dec 2025 15:23 4 baxış
IMG

Tailand Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 qırıcıları Kambocanın Pousat vilayətindəki kazinoya zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" "Bangkok Post"a istinadən məlumat yayıb.

Tailand HHQ-nin məlumatına görə, missiya uğurla başa çatıb, hədəf dağıdılıb. Zərbədən qısa müddət sonra bu ərazidə toqquşmalar və atışma olub.

Nəşr qeyd edir ki, Kamboca bu kazinodan komanda mərkəzi, PUA buraxılış meydançası, dronlarla mübarizə məntəqəsi və BM-21 reaktiv yaylım atəş sistemləri də daxil olmaqla atəş nöqtəsi kimi istifadə edir.

Xəbər lenti