IMG-LOGO

Tokayev Sankt-Peterburqa gedəcək

20 Dec 2025 15:03 4 baxış
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 21-22 dekabr tarixlərində Sankt-Peterburqa işgüzar səfər edəcək.

"Report" bu barədə Akordaya istinadən xəbər verib.

K.Tokayev Ali Avrasiya İqtisadi Şurasının iclasında, eləcə də MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.

Kremlin məlumatına görə, dekabrın 22-də Sankt-Peterburqda MDB dövlətlərinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək.

Xəbər lenti