IMG-LOGO

Monteneqro 2028-ci ilə qədər Aİ-nin 28-ci tamhüquqlu üzvü olmağı planlaşdırır

20 Dec 2025 13:38 4 baxış
IMG

Monteneqro 2028-ci ilə qədər Avropa İttifaqının (Aİ) 28-ci tamhüquqlu üzvü olmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu Monteneqronun baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Avropa prosesi çərçivəsində növbəti 40 il üçün iddialı planlarımız var və 2028-ci ilə qədər Avropanın 28-ci tamhüquqlu ölkəsi statusuna nail olmağı planlaşdırırıq. İnanırıq ki, bütün Qərbi Balkan ölkələri Avropa məkanına inteqrasiya olunmalıdır, çünki bu, sülh və sabitliyi təmin edir. Bizim iddialı və nikbin olmağımız əldə etdiyimiz nəticələrlə təsdiq olunur", - o bildirib.

Nazir əlavə edib ki, Avropa institutlarının son qiymətləndirmələrinə görə, tərəfdaşlarımız Monteneqronun apardığı islahatları, tətbiq edilən standartları və görülən işləri tanıyır.

Onun sözlərinə görə, ölkə gələcəyə nikbin baxır və qarşıya qoyulmuş hədəflərin növbəti onilliklərdə həyata keçirilməsinə ümid edir.

Xəbər lenti