IMG-LOGO

Azərbaycan 11 ayda meyvə-tərəvəz ixracından 800 milyon dollardan çox gəlir götürüb

20 Dec 2025 12:21 3 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 806 milyon 949 min ABŞ dolları dəyərində 761 min 845,29 ton meyvə və tərəvəz ixrac edilib.

"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 28,5 %, həcmi isə 25 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,18 % təşkil edir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 969 milyon 442,23 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Bu ilin 11 ayında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Xəbər lenti