IMG-LOGO

Ukrayna dronları Rusiya gəmisinə və "Lukoil" şirkətinin platformasına zərbə endirib

20 Dec 2025 11:03 2 baxış
IMG

Ukrayna müdafiə qüvvələri dekabrın 19-na keçən gecə Xəzər dənizində Rusiyanın bir sıra hərbi-iqtisadi obyektlərinə zərbələr endirib.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Xüsusi Əməliyyatlar Qüvvələri məlumat yayıb.

Xüsusilə, Ukrayna dronları neft-qaz infrastrukturunun yaxınlığında patrul xidməti həyata keçirən Rusiyanın "Oxotnik" hərbi gəmisinə zərbə endirib. Bir neçə pilotsuz uçuş aparatı ilə gəmiyə endirilən zərbənin miqyası dəqiqləşdirilir.

Bundan başqa, "Lukoil" şirkətinə məxsus Filanovski adına neft-qaz yatağındakı qazma platforması da hücuma məruz qalıb. Platforma neft və qaz hasilatını təmin edir. Dəymiş ziyanın miqyası və obyektin sonrakı iş qabiliyyəti araşdırılır.

Baş Qərargahın məlumatına görə, işğal olunmuş Krım ərazisində RSP-6M2 radiolokasiya sistemi də vurulub. Bu sistem hava gəmilərinin hərəkətini tənzimləmək üçün istifadə edilirdi.

Xəbər lenti