ABŞ-nin Suriyanın şərqindəki Deyr əz-Zor vilayətinə zərbə endirməsi nəticəsində İŞİD qruplaşmasının ən azı beş üzvü öldürülüb.
"Report" "Əl-Ərəbiyə"yə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, onlar həmin ərazidə pilotsuz uçuş aparatlarının istismarına görə məsul olublar.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Suriyada 70-dən çox hədəfə zərbə endirdiyini açıqlamışdı.