IMG-LOGO

Jülyet Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması ilə bağlı bəyanatları inandırıcı görünmür

20 Dec 2025 12:01 2 baxış
IMG

"AnewZ" telekanalının "The Oligarch's Design" sənədli filmində beynəlxalq ekspertlərin Ruben Vardanyanın Troika Laundromat maliyyə şəbəkəsinin fəaliyyəti haqqında məlumatsız olması ilə bağlı bəyanatlarını şübhə altına alan fikirləri təqdim olunur.

"Report" xəbər verir ki, "The Guardian" qəzetinin Avropa maliyyə məsələləri üzrə redaktoru Jülyet Qarsayd filmin yaradıcılarına bildirib ki, Ruben Vardanyan öz müştərilərini tanıdığını, lakin Troika şirkətlərinin dələduzluq sxemləri ilə əlaqəli vəsaitlər aldığından xəbərsiz olduğunda israr edirdi.

"Onun tamamilə məlumatsız olmasına dair bəyanatları inandırıcı deyil, çünki belə əməliyyatlar ya onun xəbəri olmadan baş verib, ya da o, bundan məlumatlı olub. Bununla yanaşı, onun öz şəxsi vəsaitlərinin bir hissəsi də eyni şirkətlər şəbəkəsi vasitəsilə keçib", - Qarsayd qeyd edib.

MƏLUMAT YENİLƏNİR...

Xəbər lenti