IMG-LOGO

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında təxirə salınmış oyunların tarixləri müəyyənləşib

20 Dec 2025 10:59 2 baxış
IMG

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınmış oyunların tarixləri müəyyənləşib.

"Report"un məlumatına görə, III turdan təxirə salınmış hər iki qarşılaşma dekabrın 22-də baş tutacaq.

Kişilər arasında "Xilasedici" - "Azərreyl" oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Qadınların mübarizəsində isə "Milli Aviasiya Akademiyası" və "Abşeron" kollektivləri güclünü ayrıd etməyə çalışacaq. Bu qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında reallaşacaq.

Hər iki matçın start fiti saat 17:00-da səslənəcək.

Xəbər lenti