IMG-LOGO

WSJ: ABŞ Qəzzanın bərpası üçün 112 milyard dollarlıq layihə hazırlayıb

20 Dec 2025 05:14 6 baxış
IMG

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza sektorunun bərpası ilə bağlı təklif hazırlayıblar.

"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verib.

Qeyd olunub ki, "Şəfəq layihəsi" ("Project Sunrise") "bombalanmış anklavı parlaq metropoliyaya çevirməyi" hədəfləyir. ABŞ tərəfinin hesablamalarına görə, bunun üçün 10 il və 112,1 milyard dollar tələb olunacaq. Planda Qəzzanın bərpasını hansı ölkə və şirkətlərin maliyyələşdirəcəyi, həmçinin rekonstruksiya dövründə 2 milyon fələstinlinin harada yaşayacağı barədə dəqiq məlumat yoxdur.

WSJ yazır ki, aşinqton bu layihədə əsas oyunçu olmağa, "60 milyard dollar məbləğində qrantın ayrılmasını dəstəkləməyə və bütün işlərin aparılması üçün kreditlərin qarantı kimi çıxış etməyə" hazırdır. Planlaşdırılır ki, 10 ildən sonra Qəzza sektoru bərpa prosesinin növbəti mərhələlərini özü maliyyələşdirə bilsin və nəticədə kreditlərin ödənilməsinə başlasın. ABŞ-nin adı açıqlanmayan rəsmisi qəzetə bildirib ki, təklif artıq körfəzin zəngin krallıqları, Türkiyə və Misir də daxil olmaqla, potensial donorlara təqdim edilib.

Uitkoff, Kuşner və digər rəsmilər son 45 gün ərzində plan üzərində işləyib İsraillə, özəl sektor nümayəndələri və podratçılarla məsləhətləşmələr aparıblar. "The Wall Street Journal"ın məlumatına görə, ABŞ administrasiyasının bəzi üzvləri bu layihəyə skeptik yanaşıblar, radikal fələstin qruplaşması HƏMAS-ın silahı yerə qoymağa hazır olub-olmamasını və Vaşinqtonun digər ölkələri "təhlükəli müharibədən sonrakı zonanı yüksək texnologiyalı şəhər məkanına çevirmək" üçün investisiya qoymağa inandırmaq şanslarını şübhə altına alıblar.

Xəbər lenti