IMG-LOGO

Fransanın İdman Nazirliyi kiberhücuma məruz qalıb

20 Dec 2025 03:33 3 baxış
IMG

Fransanın İdman, Gənclik və İctimai Məsələlər Nazirliyi kiberhücuma məruz qalıb, nəticədə respublikanın milyonlarla sakininin şəxsi məlumatları oğurlanıb.

"Report"un məlumatına görə, bu barədə qurumun saytında yayımlanan açıqlamada qeyd olunub.

"İdman, Gənclik və İctimai Məsələlər Nazirliyi öz informasiya sistemlərindən birindən məlumat sızması faktını qeydə alıb. Hazırda 3,5 milyon ailənin məlumatlandırılması və onlara təhlükəsizlik tədbirlərinə riayət olunması ilə bağlı tövsiyələrin verilməsi üzərində iş aparılır", – mətnə vurğulanıb.

Nazirlik bildirib ki, insidentlə əlaqədar Fransanın İnformasiya Texnologiyaları və Vətəndaş Azadlıqları üzrə Milli Komissiyasına şikayət təqdim olunub.

Xəbər lenti