IMG-LOGO

Pentaqon rəhbəri ABŞ-nin Suriyada antiterror əməliyyatına başladığını elan edib

20 Dec 2025 03:37 3 baxış
IMG

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

"Report"un məlumatına görə, bunu ABŞ-nin müharibə naziri Pit Heqset açıqlayıb.

Onun sözlərinə görə, "Hawkeye Strike" ("Şahin gözü zərbəsi") əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib. Nazir vurğulayıb ki, ABŞ-nin hərəkətləri 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma birbaşa cavabdır.

"Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır", – Heqset bildirib.

O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər. "Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Çoxlarını. Davam edəcəyik", – Pentaqon rəhbəri əlavə edib.

Xəbər lenti