ABŞ Çin Xalq Respublikasından olan bir tədqiqatçını ölkəyə bağırsaq çöplərini (E.Coli) gətirməkdə ittiham edib.
"Report"un məlumatına görə, bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel "X" sosial şəbəkəsində paylaşım edib.
"Çindən J-1 vizası ilə gəlmiş elmi əməkdaş Yuxuan Syan ABŞ-yə bağırsaq çöplərini (E.Coli) qaçaqmalçılıq yolu ilə gətirməkdə və bu barədə yalan məlumat verməkdə ittiham olunub", – deyə o yazıb.
Onun sözlərinə görə, tədqiqatçı Amerika qanunlarını pozaraq Çindən göndərilən bağlamada gizlədilmiş bioloji materialları əldə etməyə çalışıb. Patel qeyd edib ki, bağırsaq çöpləri ABŞ-də məhsullara ciddi zərər vura və ölkə iqtisadiyyatına böyük maliyyə itkiləri gətirə bilər.